Malidə Birləşmiş Millətlər Təşkilatının düşərgəsinə hücum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 8 sülhməramlı qətlə yetirilib.
Məlumatına görə, bu barədə BMT-nin Malidə vəziyyətin sabitləşdirilməsi üzrə missiyasının (MINUSMA) "Facebook" səhifəsində deyilir.
Məlumatda bildirilir: "İlkin məlumata əsasən, hücum nəticəsində 8 sülhməramlı həlak olub, bir çoxu isə yaralanıb".
Qeyd edilir ki, yaralanan sülhməramlılar missiyanın xəstəxanalarına yerləşdiriliblər.