“Ankara ABŞ-ın təzyiqlərinə baxmayaraq, S-400 raket kompleksini almaqda qərarlıdır”.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti açıqlama verib.
“Biz S-400 almaqla bağlı məsələni bitirmişik. Geriyə addım atmaq haqda söhbət belə gedə bilməz. Rusiya iyul ayından raketlərin tədarükünə başlayacaq”.
Ərdoğan ABŞ-dan Patriot raketlərini də almaqda maraqlı olduqlarını əlavə edib amma bunun S-400 raketlərinin alınması ilə bağlılığının olmadığını əlavə edib .