Rusiyanın paytaxtı Moskvada əməliyyat zamanı bir polis nəfəri güllələnib, digəri isə ağır yaralanıb.
Modern.az Axar.az-a istinadən xəbər verir ki, hadisə “Ryazan prospekti” metrostansiyasında baş verib.
Rüşvət almaqda şübhəli bilinən şəxs saxlanılan zaman hüquq-mühafizə orqanı əməkdaşlarına odlu silahdan atəş açıb.
Yaralı polis xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.