Modern.az

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar

26 Sentyabr 2019, 20:34

ABŞ Rusiyanın bir şirkətinə, üç vətəndaşına və beş gəmisinə sanksiya tətbiq edib.

Modern.az  "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin məlumatında deyilir.



Bildirilib ki, sanksiyalar Suriyada fəaliyyət göstərən Rusiya hərbçilərinə aviasiya yanacağının göndərilməsini təmin etmək üçün yaradılan sxemdə iştiraka görə tətbiq edilib.



Xüsusilə "qara siyahı"ya Rusiyanın "Maritaym Assistans" MMC ("Maritime Assistance" LLC) şirkəti salınıb. Onun sanksiyalara məruz qalan "Sovfraxt" ("Совфрахт") şirkəti ilə əlaqəli olduğu bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi