ABŞ prezidenti Donald Trampın impiçment proseduru ilə bağlı yeni sübutlar ortaya çıxıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, işlə bağlı səs yazıları və sənədlər Nümayənlər Palatasının kəşfiyyat komitəsinə təqdim olunub.
Həmin komitənin sədri Adam Şif isə həmin sübutları məhkəmə palatasının sədri Cerri Nadlerə təqdim edib.
Yeni sübutlar arasında Trampın Zelenskiyə məktubu, rusca mesajlar və iş adamı Lev Parnasın Ağ Evlə Ukrayna tərəfi arasında vasitəçi olması barədə faktlar var.