Modern.az

Vətəndaş etirazları: 20 ölü, 189 yaralı

Vətəndaş etirazları: 20 ölü, 189 yaralı

26 Fevral 2020, 11:50

Yeni Dehlidə vətəndaş etirazlarında 20 nəfər ölüb, 189 nəfər yaralanıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, etirazlara səbəb Hindistan hökumətinin Pakistan, Əfqanıstan və Banqladeşdən olan 6 dini icma üzvlərinə vətəndaşlıq almaq hüquq verməsi, eyni hüquqların müsəlman mühacirlərə verilməməsi olub.

 

Xəstəxanadan verilən açıqlamada yaralılardan 60-nın odlu silahdan açılan atəşlə yaralandığı bildirilib.

Etirazlar Donald Trampın Hindistana səfəri fonunda baş verib.

 

Əminə ELAYDIN

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok