Modern.az

“Taliban”dan 3 günlük  bayram atəşkəsi

“Taliban”dan 3 günlük  bayram atəşkəsi

Dünya

24 May 2020, 08:58

“Taliban” silahlı qruplaşması şənbə günü Əfqanıstanda üç gün ərzində Ramazan bayramını qeyd etmək üçün atəşkəs elan edib. 

 

Modern.az-ın RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın açıqlamasında bildirilib: "Ramazan bayramı günlərində soydaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə bütün mücahidlər, həmçinin liderlərimiz tərəfindən üç gün boyunca atəşkəs elan edilib”. 

 

Qeyd olunub ki, bayram günlərində düşmənə hücum edilməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var