Gürcüstanda son sutka ərzində koronavirusa yoluxanların sayı 8 nəfər artıb.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hazırda yoluxanların ümumi sayı 939 nəfərə çatıb.
Pandemiya dövründə ümumilikdə, 15 nəfər ölüb, 817 nəfər sağalıb, 107 nəfərin müalicəsi isə davam etdirilir.
Bundan başqa, 3 minə yaxın insan karantində saxlanılır.