Modern.az

Argentinanın paytaxtı ağcaqanad istilasına məruz qaldı

Argentinanın paytaxtı ağcaqanad istilasına məruz qaldı

Dünya

21 Fevral 2021, 12:29

Argentinanın paytaxtı Buenes-Ayres ağcaqanad istilasına məruz qalıb.

 

Modern.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Buenes-Ayresdə bu zona üçün tipik sayılan “Aedes Albifasciatus” ağcaqanad növü kəskin artıb.

 

Buna səbəb iqlim şəraitidir. Uzun müddət quraqlıq olması, daha sonra isə leysan yağışlar yağması ağcaqanadların kəskin artmasını şərtləndirib.

 

Qeyd edək ki, “Aedes Albifasciatus” ağcaqanad növü təhlükəli xəstəliklərin daşıyıcısı deyil, ancaq onların insanları sancması ağrılı allergik reaksiyalar yarada bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir