Ermənistanın səhiyyə naziri Anait Avanesyan normal həyata dönmək üçün vaksinasiyanın yeganə vasitə olduğunu dilə gətirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkəyə 28 min AstraZeneca vaksini gətirilib. Nazir vaksinlərin hələ tibbi mərkəzlər araslında bölünmədiyini lakin prosesin yaxın günlərdə baş tutacağını deyib.
“Vaksindəni istifadə ilə yaranmış ağırlaşma halları arasında səbəb-nəticə əlaqəsi müəyyən olunmayıb. Ona görə də AstraZeneca vakisnlərindən istifadə olunacaq”- deyə Avanesyan deyib.