Rusiya rəsmiləri Azərbaycanın erməni işğalından azad edilmiş Şuşa şəhərində “İsgəndər” raketlərinin qalıqlarının tapılmasına reaksiya verib.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov raketlərin Qarabağda tətbiq olunmasını təkzib edib.
"“İsgəndər” raketləri Qarabağda tətbiq olunmayıb və bu təsdiqlənib”- deyə Peskov bildirib.
Putinin mətbuat katibi Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri zamanı Qarabağla bağlı üçtərəfli razılaşmaların müzakirə olunacağını və bu ölkədə iyunun 20-də baş tutacaq növbədənkənar seçkilərdən söhbət açılacağını da təsdiqləyib.
Xatırladaq ki, “İsgəndər” raketlərinin Şuşada tətbiq olunduğu barədə xəbəri Azərbaycanın Minalardan Təmizlənməsi üzrə Milli Agentlik yaymışdı.