Ermənistan baş naziri Nikol Paşinyan xarici ölkə liderlərinə zəng etməkdə davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya zəng edib.
Telefon zəngi zamanı Ermənistan lideri Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesləri barədə məlumat verib.
Buna qədər, Paşinyan Rusiya, Qazaxıstan, Qırğızıstan liderlərinə və Fransa prezidentinə də zəng edib.