Modern.az

İspaniyada minlərlə insan hökumətə etiraz etdi

İspaniyada minlərlə insan hökumətə etiraz etdi

Dünya

21 Yanvar 2023, 20:54

İspaniyanın paytaxtı Madridin mərkəzində yerləşən Cibeles meydanında baş nazir Pedro Sançesin rəhbərlik etdiyi hökumətə qarşı etiraz aksiyası keçirilib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, aksiyada 30 minə yaxın insan iştirak edib.

 

Bildirilir ki, etiraza səbəb İspaniya hakimiyyət orqanlarının 2017-ci ildə Kataloniyanın müstəqilliyinə nail olmağa cəhd edənlərə qarşı ittihamı yumşaltmaq qərarı olub.

 

Təşkilatçılar aksiyada təxminən 700 min iştirakçının iştirak etdiyini iddia edib. Etirazı ifrat sağçı Vox partiyası, eləcə də sağ mərkəzçi "Ciudadanos" və digər siyasi qüvvələr təşkil edib. Etirazçılar Sançesi “satqın” adlandırıb, onu istefaya çağırıblar.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi