Modern.az

ABŞ Ukraynaya cəmi 31 ədəd tank verəcək - YENİLƏNİB 

ABŞ Ukraynaya cəmi 31 ədəd tank verəcək - YENİLƏNİB 

25 Yanvar 2023, 21:36

ABŞ Ukrayna Silahlı Qüvvələrinə 31 ədəd "M1 Abrams" tankı verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden mətbuata xüsusi çıxışı zamanı bildirib.

 

Məlumata görə, Birləşmiş Ştatlar tanklara xidmət göstərmək üçün Ukraynaya 8 M88 zirehli bərpa maşını da göndərəcək.

 

***

20:25

 

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 31 ədəd "Abrams" tankı verməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Ukrayna üçün nəzərdə tutulan ümumi hərbi yardımın 400 milyon dollar olacağı bildirilir.

 

Qeyd edək ki, Bayden bu gün ictimaiyyətə müraciət edəcək və Ukraynaya tankların tədarükünü açıqlayacaq.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir