Modern.az

“Vaqner”in sahibi “trol fabriki” yaratdığını etiraf etdi

“Vaqner”in sahibi “trol fabriki” yaratdığını etiraf etdi

Dünya

14 Fevral 2023, 22:40

Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin “trol fabriki” kimi tanınan İnternet Araşdırmalar Agentliyini yaratdığını etiraf edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Der Spiegel”in və digər Qərb nəşrlərindən olan bir qrup jurnalistin sualına cavab olaraq bildirib.

 

Priqojin qeyd edib ki, Rusiya informasiya məkanını Qərbdən gələn anti-Rusiya tezislərinin aqressiv təbliğatından qorumaq üçün “trol fabriki” yaradıb.

 

“Mən heç vaxt İnternet Araşdırmaları Agentliyinin maliyyəçisi olmamışam. Mən onu icad etmişəm, yaratmışam, uzun müddət idarə etmişəm”, - deyə Priqojin vurğulayıb.

 

Qeyd edək ki, ABŞ hakimiyyəti “trol fabriki”ni 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et