Modern.az

Süni intellekti özünə vəkil tutdu - qalib gəldi

Süni intellekti özünə vəkil tutdu - qalib gəldi

Aktual

Bu gün, 16:06

Almaniya vətəndaşı vəkil əvəzinə ChatGPT istifadə edərək məhkəmədə qalib gəlib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, bu ölkə tarixində ilk belə hadisədir.

Leypsiq sakini David Hinz müavinət alır, eyni zamanda iş axtarırdı. Vəzifə tapıldıqdan sonra, gözləniləndən bir həftə əvvəl işə başlayır, Amma müavinətlərin işlədiyi həmin 7 gün ərzində ödənilir. Bunu aşkar etdikdən sonra o dərhal müvafiq orqanlarla əlaqə saxlayır.

Ona ödənilən əlavə 242.34 avro müavinət səbəbindən Federal Məşğulluq Agentliyi Hinzi fırıldaqçılıqda ittiham edir. Lakin Hinz ChatGPT ilə hüquqlarını qorumaq qərarına gəldi.

Hinzin məhkəməsi 2025-ci ilin mart ayına təyin edilmişdi. Süni intellekt köməyi ilə o 18 səhifəlik ərizə yaza bilir. Ərizə 2025-ci ilin oktyabr ayında təmin edildi. Çatbotun məsləhətlərindəki bəzi qeyri-dəqiqliklərə baxmayaraq, cavabdeh uğur qazandı və eyni zamanda tutduğu "vəkil" ona pulsuz başa gəldi.

Hinz israr edir ki, məsələ pulla deyil, ədalətlə bağlıdır. Belə ki, cinayət qeydi onun onsuz da tapmaqda çətinlik çəkdiyi iş axtarmasına mane ola bilərdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!