Modern.az

İran və Belarus XİN başçıları GÖRÜŞDÜ

İran və Belarus XİN başçıları GÖRÜŞDÜ

Dünya

12 Mart 2023, 19:00

Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi səfəri ərəfəsində iki ölkənin xarici işlər nazirləri Sergey Aleynik və Hüseyn Əmir Abdullahian Tehranda görüşüblər.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi "BelTA" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Belarus və İran XİN rəhbərləri ikitərəfli münasibətlərin vəziyyəti və inkişaf dinamikasını müzakirə ediblər. Həmçinin Belarus-İran birgə layihələrinin praktiki həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

 

Görüşdə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması çərçivəsində tədbirlər planına baxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi