Modern.az

Erməni əsgər naməlum şəraitdə güllələndi - Saxlanılanlar var (YENİLƏNİB)

Erməni əsgər naməlum şəraitdə güllələndi - Saxlanılanlar var (YENİLƏNİB)

Dünya

11 Avqust 2023, 17:00

Ermənistanda naməlum şəraitdə güllələnən hərbçi Jora Karapetyanı intihara sürükləməkdə şübhəli bilinən 2 əsgər yoldaşı saxlanılıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

İstintaqın gəldiyi ilkin qənaətə görə, intihara "dedovşina" amili səbəb olub.

 

***

10:52

 

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Jora Zohraboviç Karapetyan naməlum şəraitdə ölümcül güllə yarası alıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Həkimlərin səyinə baxmayaraq, əsgərin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə şəraitini tam aydınlaşdırmaq üçün araşdırma aparılır", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok