Modern.az

Almaniya Ukraynaya "Taurus" verməyi ləngidir

Almaniya Ukraynaya

Dünya

11 Avqust 2023, 13:54

Almaniya hakimiyyəti Ukraynaya "Taurus" raketləri verməyə hələ hazır deyil.

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" nəşri mənbələrinə istinadən yazıb.

 

“Der Spiegel” isə yazır ki, Almaniya hökuməti yaxın aylarda Bundesverin ehtiyatlarından uzaq mənzilli “Taurus” raketlərinin Ukraynaya tədarükünün mümkün olub-olmadığını öyrənir.

 

Eyni zamanda, jurnalistlərin fikrincə, Almaniya Müdafiə Nazirliyinin rəsmiləri istehsalçıya qeyri-adi bir xahişlə müraciət ediblər. Belə ki, xahiş uçuş diapazonunda texniki məhdudiyyətləri qanadlı raketə inteqrasiya etməklə bağlı olub. Belə ki, rəsmi Berlin Ukrayna Silahlı Qüvvələrinin Almaniya raketlərindən istifadə etməklə Rusiya ərazisinə mümkün hücumlarının qarşısını almaq istəyir.

 

Bununla belə, Müdafiə Nazirliyində yüksək rütbəli məmurlardan birinin "Bild"ə verdiyi məlumata görə, onlar hələ raketlərin Ukraynaya ötürülməsi barədə qərarın verildiyini söyləməyə hazır deyillər.

 

“Hazırkı vəziyyətdə heç bir dəyişiklik olmayıb. Tədarüklə bağlı siyasi qərar verilməyib", - mənbə bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok