Modern.az

Əminə Cabbar Türkmənistan səfiri ilə nələri müzakirə etdi?

Əminə Cabbar Türkmənistan səfiri ilə nələri müzakirə etdi?

Dünya

11 Avqust 2023, 14:02

Türkmənistanın Ukraynadakı səfiri Toyli Atayev Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Cabbar Türkmənistan tərəfindən Ukrayna xalqına humanitar yardımın çatdırılmasına görə minnətdarlığını bildirib. Bundan əlavə, danışıqlar zamanı Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Rusiyanın Xəzər regionundan Ukrayna şəhərlərinin mülki infrastrukturuna raketlər atması Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın müddəalarını kobud şəkildə pozur.

 

Nazir müavini həmçinin Ukraynanın Türkmənistana ixracın artırılmasında maraqlı olduğunu bildirib. O, Ukraynanın Türkmənistanın ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün unikal imkanları olduğunu və Ukrayna prezidenti Volodimir Zelenskinin “Ukraynadan taxıl” proqramının həyata keçirilməsində Türkmənistan tərəfinin iştirakına ümid etdiyini vurğulayıb.

 

Qeyd olunub ki, Türkmənistanın TRASEKA-ya qoşulması Türkmənistan mallarının Ukraynaya tədarükü üçün yeni imkanlar açacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok