Modern.az

Ukrayna qoşunları möcüzə göstərir - Pentaqon sözçüsü

Ukrayna qoşunları möcüzə göstərir - Pentaqon sözçüsü

Dünya

11 Avqust 2023, 16:18

"Ukrayna qoşunları Rusiya qüvvələrini müdafiə mövqelərinə çəkilməyə sövq edərək möcüzə göstərdi".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə bildirib.

 

O əlavə edib ki, cəbhədəki vəziyyət idealdan uzaq olsa da, Ukrayna Silahlı Qüvvələrinin əldə etdiyi nəticələr həqiqətən əladır.

 

“Biz onlara məsləhət və təlim verməyə davam edəcəyik ki, onlar suveren ərazilərini geri ala bilsinlər və sonda bu müharibədə qalib gəlsinlər”, - sözçü vurğulayıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok