Modern.az

Bolton Baydenin Ukraynaya dəstəyindən narazıdır

Bolton Baydenin Ukraynaya dəstəyindən narazıdır

Dünya

14 Avqust 2023, 09:38

"Kiyevin uğursuzluqlarının səbəbi Qərb hərbi yardımının ləng, qətiyyətsiz və qeyri-strateji çatdırılmasıdır".

 

Modern.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton "The Wall Street Journal"a yazdığı məqalədə bildirib.

 

Bolton əlavə edib ki, gərginlik qorxusu, eləcə də Moskvanın siyasəti Qərb liderlərini iflicedici ehtiyatlılıq göstərməyə vadar edib və NATO bütün vəziyyətin bərpası ilə bağlı öhdəliklərə əməl etmək istəmədiyini nümayiş etdirir.

 

O hesab edir ki, Ukraynada əhəmiyyətli irəliləyişin olmaması ABŞ-ın yalnız Rusiyanın qələbəsini gecikdirməyə yönəlmiş strategiyasının nəticəsidir: "Ukrayna hücumunun dayanması faktını Baydenin qətiyyətsizliyi ilə izah etmək lazımdır".

 

Bolton Vaşinqtonu Kiyevə silah tədarük etmək strategiyasına yenidən baxmağa çağırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok