Modern.az

Bələdiyyə seçkilərinə indidən hazırlaşmalıyıq - Ərdoğan

Bələdiyyə seçkilərinə indidən hazırlaşmalıyıq - Ərdoğan

Dünya

14 Avqust 2023, 12:24

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaradılmasının 22 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı gələn il keçiriləcək bələdiyyə seçkilərinə toxunub.

 

"23-cü quruluş ildönümümüzdə 31 mart 2024-cü il tarixli seçkilərdəki qələbəmizin sevincinə çatacağıq. Bahalığın millətimizi usandırdığının fərqindəyik. Bu sıxıntını yoluna qoyacağıq. Bələdiyyə seçkiləri üçün indidən çalışmağa başlamaq lazımdır. Sahədə ən kiçik bir boşluğa da imkan verməməliyik", - o qeyd edib.

 

Türkiyə prezidenti terrorçuluqla mübarizənin vacibliyini də vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok