Modern.az

Qaqauziya muxtariyyəti Moskvada nümayəndəlik açmaq istəyir

Qaqauziya muxtariyyəti Moskvada nümayəndəlik açmaq istəyir

Dünya

14 Avqust 2023, 15:58

Moldovadakı Qaqauziya muxtariyyəti Moskvada nümayəndəlik açmağı planlaşdırır.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Qaqauziyanın başqanı Yevgeniya Qutsul bildirib.

 

Onun sözlərinə görə, bu, gözləniləndən daha uzun çəkəcək.

 

“Hələlik dəqiq tarix demək çətindir, bu layihənin həyata keçirilməsi nəzərdə tutulduğundan bir qədər uzun çəkəcək. Buna baxmayaraq, əməkdaşlıq etmək üçün qarşılıqlı istək var ki, bu da o deməkdir ki, biz mütləq nümayəndəliyimizi açacağıq”, - deyə xanım Qutsul söyləyib.

 

Qeyd edək ki, bir neçə ay əvvəl Qaqauziyada başqan seçkiləri keçirilib. Seçkini Rusiyameyilli müxalif “Şor” partiyasının nümayəndəsi Yevgeniya Qutsul qazanıb. Moldova hakimiyyəti partiyanı konstitusiyaya zidd elan edib. Prezident Maya Sandu hələ Qutsulu vəzifəyə təsdiq edən fərmanı imzalamayıb.

 

Qaqauziya Moldovanın cənubunda yerləşən muxtariyyətdir. Türk dillərinin oğuz qrupuna daxil olan qaqauz dilində danışan yerli sakinlər dini etiqadca xristian pravoslavlardır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok