Modern.az

Bayden ilk mitinqində Trampı hədəfə aldı

Bayden ilk mitinqində Trampı hədəfə aldı

Dünya

6 Yanvar 2024, 14:17

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün Pensilvaniya ştatında kampaniyaya başlayan Prezident Co Bayden ilk çıxışında keçmiş həmkarı Donald Trampı hədəfə alıb.

 

Modern.az xəbər verir ki, Bayden builki seçkilərdə rəqibi olacağı gözlənilən Trampı “Amerika demokratiyası üçün böyük təhlükə” adlandırıb.

 

Bayden bu il keçiriləcək prezident seçkilərinin demokratiya üçün bir sınaq olacağını vurğulayıb. “Seçkidə demokratiya olacaq, azadlığınız seçki bülletenində olacaq”, - deyən Co Bayden seçiciləri ona səs verməyə çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok