Modern.az

Vəliyyədin İsmayılov dünyasını dəyişdi

Vəliyyədin İsmayılov dünyasını dəyişdi

Dünya

9 Aprel 2024, 22:53

Kəlbəcər rayonunun tanınmış ziyalısı Vəliyəddin İsmayılov vəfat edib.

 

Modern.az xəbər verir ki, sabiq deputat 81 yaşında dünyasını dəyişib.

 

O, sabah Mehdiabad qəbirstanlığında dəfn olunacaq.

 

Qeyd edək ki, Vəliyyədin İsmayılov 1943-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Moz-Qaraçanlı kəndində anadan olub.

 

O, Kəlbəcər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edib. 1969-1975-ci illərdə Respublika Komsomol Mərkəzi Komitəsinin üzvü, 1978-1989-cu illərdə Kəlbəcər Rayon Partiya Komitəsinin büro üzvü, 1969-1989-cu illərdə Rayon Sovetinin deputatı olub.

 

"Əmək igidliyi", "Əməkdə fərqlənmə" və V.İ.Leninin 100 illik "Yubiley medalı" ilə təltif olunmuş, "Əmək veteranı", "Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin "Fəal Komsomol işinə görə", SSRİ İttifaqının "Şərəfli əməyə görə", "Əməkdə fərqlənmə" döş nişanları ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!