Modern.az

Çində daşqınlar: 10 ölü, 23 yaralı

Çində daşqınlar: 10 ölü, 23 yaralı

Dünya

Bu gün, 18:24

Çinin şimal-qərbindəki Qansu əyalətində leysan yağışları nəticəsində azı 10 nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Dinsi şəhər dairəsinin Veyyuan qəzasının hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

"Bazar günü gündüz saatlarında Qansu əyalətində turizm bölgəsinə yağan güclü leysan yağışları daşqına səbəb olub. Son məlumatlara görə, bunun nəticəsində 10 nəfər həlak olub, 23 nəfər yaralanıb", - məlumatda bildirilib.

Daşqınlar nəticəsində həmin dairədə düşərgə salan bir neçə turist köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində polis əməkdaşları, yanğınsöndürənlər və digər fövqəladə xidmət işçiləri çalışır. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr