Modern.az

İsrail HƏMAS-ın yüksək rütbəli zabitlərini öldürdü

İsrail HƏMAS-ın yüksək rütbəli zabitlərini öldürdü

Dünya

26 İyul 2026, 21:11

İsrail ordusunun Qəzza zolağının mərkəzində avtomobilə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın iki yüksək rütbəli zabitləri həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Fələstin mənbələri və İsrail ordusu məlumat yayıb. Bildirilib ki, zərbə nəticəsində HƏMAS-ın Deyr əl-Bələh bölgəsində daxili təhlükəsizlik xidmətinin rəhbəri polkovnik Vail Musa əl-Lədavi və mayor Ramez Əbu Zərayq ölüb.

İsrail ordusu hücumun HƏMAS üzvünə qarşı həyata keçirildiyini təsdiqləsə də, əməliyyatın detalları barədə əlavə məlumat verməyib. Fələstin tərəfi isə hədəfə alınan şəxslərin təhlükəsizlik strukturlarında çalışdıqlarını bildirib.

Məlumata görə, İsrail son aylarda HƏMAS-ın təhlükəsizlik və polis strukturlarının üzvlərinə qarşı oxşar zərbələri davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi