“Ebola” virusundan həyatını itirənlərin sayı 6982 nəfər olub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bu virusa yoluxanların sayı isə 16169 nəfərdir. Təşkilatın məlumatına görə, Liberiyada “Ebola”ya yoluxam 7244 nəfərdən 4181-i ölüb. Syerre-Leonedə virus yoluxan 6802 nəfərdən 1463-ü, Qvineyada isə 2123 nəfərdən 1284-ü həyatını itirib.
“Ebola”ya yoluxaraq ölən tibb işçilərinin sayı 340 nəfər ölüb, 250 nəfər isə xəstələnib.
Modern.az