Modern.az

Beynəlxalq agentlik: “Rusiya iqtisadiyyatındakı durum qonşu dövlətlərə də mənfi təsir göstərir”

Beynəlxalq agentlik: “Rusiya iqtisadiyyatındakı durum qonşu dövlətlərə də mənfi təsir göstərir”

Dünya

5 Mart 2015, 13:53

Rusiya iqtisadiyyatındakı neqativ meyllər ona qonşu olan dövlətlərə də mənfi təsir göstərir. Modern.az xaric mətbuata istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq agentliyinin məlumatında deyilir.

Analitiklərin fikrincə, Ermənistan iqtisadiyyatı Rusiyadakı proseslərə görə şok effekti keçirir, Qazaxıstan və Azərbaycan isə neftin ucuzlaşmasından mənfi təsir görürlər.

Rusiya iqtisadiyyatının azalması onun sıx iqtisadi və ticarət əlaqələrində olduğu MDB ölkələrinə mənfi təsir göstərir.

Rublun ucuzlaşması qonşu dövlətlərdə valyutanın ucuzlaşmasına bilavasitə təsir göstərən amil hesab olunur.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok