Yunanıstan polisi keçmiş müdafiə naziri Akisa Tsoxadsopulosun həyat yoldaşı Vika Stamatini əsəb xəstəxanasından qaçandan 36 saat sonra yaxalayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sramati Dromokatiodakı əsəb klinikasının yerləşdiyi ərazidəki kilsənin yaxınlığında anonim zəngdən sonra ələ keçib. O, Attikidəki polis idarəsinə gətirilib, psixiatrik ekspertizadan keçiriləcək.
Stamati 2013-cü ildə ərinin maliyyə cinayətlərinə görə 12 azadlıqdan məhrum edilib.
Keçmiş nazir özü isə cinayət yolu ilə rüşvət almaq və çirkli pulların yuyulmasına görə 20 il həbs cəzasına məhkum edilib.
Modern.az