Almaniya prezidenti Vulffun Rusiyaya səfəri zamanı yemək ücün verilən salatdan soxulcanın cıxması və görüntülərin internetdə yayımlanması ortalığı əməlli başlı qarışdırıb. Hadisə Almaniya prezidenti Tver quberniyasında qonaq olarkən baş verib.
Modern.az saytının rus mətbuatına istınadən verdiyi xəbərə görə, dövlət başcısı Dimitri Medvedevin Tver bölgəsinin qubernatoru olan Dmitri Seleni axmaq davranışlarına görə işdən qovacağı gğzlənilir.
Sosial-paylaşma saytı olan “Twitter” isə qalmaqala səbəb olan soxulcanlı salatın şəklini saytdan götürüb.
47 yaşı olan qubernator Selen “şəkli yayımlamaqda əsas məqsədim salatın nə qədər təzə olduğunu göstərmək idi” demişdi.