ABŞ Parlamentlərarası İttifaqın BMT-nin mənzil-qərargahında keçirilən konfransına Rusiya Federasiyasının səlahiyyətli nümayəndəsi Valentina Matviyenkonu buraxmaması qəbuledilməzdir və bununla təşkilat yalnız özünə ziyan vurdu.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Təşkilatının Rusiya Federasiyasından olan daimi nümayəndəsi Vitali Çurkin deyib. Diplomatın fikrincə, ABŞ-ın bu addımı heç də təsadüfi xarakter daşımır: “Bu hərəkəti ilə ABŞ hakimiyyəti özünə quyu qazdı”. Xatırladaq ki, ötən həftə Sankt-Peterburq şəhərinin qubernatoru Valentina Matviyenkoya Nyu Yorkda baş tutan Parlamentlərarası İttifaqın konfransına getmək üçün viza verilməyib. Modern.az