Türkiyənin baş naziri Əhməd Davudoğlu Almaniyanın kansleri Angela Merkelə zəng edib. Onlar arasında telefon danışığı Vandakı Dağlıca terror olayında şəhid olan əsgərlərin xatirəsi üçün təşkil edilən mərasimdən sonra baş tutub.
Modern.az-ın xarici ölkə mətbuatına istinadən yaydığı xəbərə görə, Angela Merkel terror zamanı şəhid olan əsgərlərlə əlaqədar başsağlığı verib. Baş nazir Davudoğlu isə PKK ilə mücadilədə ortaq hərəkət etməyin önəmini vurğulayıb.