Birləşmiş Millətlər Təşkilatı (BMT) qeyri-leqal miqrantlara qarşı aktiv mübarizə aparan Macarıstan hökumətini sərt tənqid edib. Rəsmi Budapeşti beynəlxalq hüquqi normalara zidd olan addımların atılmasında ittiham ediblər.
Modern.az-ın məlumatına əsasən, BMT-nin insan haqları üzrə komissarı Zeyd Raad al-Huseyn Macarıstanda qaçqınların qovulması hadisələrini xatırladıb:
”Macarıstanın Serbiya ilə sərhədində qadın və uşaqlara qarşı gözyaşardıcı qaz və su bombalarından istifadə olunması hər kəsi şoka saldı”.
Komissarın fikrincə, Macarıstan hakimiyyətində ksenofob və antiislam baxışları üstünlük təşkil edir.