Ədalət və İnkişaf Partiyasının (AKP) Hollandiyada parlament seçkilərinin nəticələrinə görə əldə etdiyi nəticə həddindən artıq sağçı partiyanın irqçi lideri Greet Vildersi dəliyə döndərib.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Vilders AKP-yə ssə verən türkləri ölkədən qovub.
Məlumatda qeyd edilir ki, səsvermənin nəticələri məlum olandan sonra Geert Vilders sosial şəbəkədə bir mesaj atıb.Daha əvvəl tez-tez irqçi çıxışları ilə gündəmə gələn Vilders, bu dəfə sosial şəbəkə üzərindən ölkədə AKP-yə səs verən türklərə çağırış edərək şok ifadələrdən istifadə edib.
AKP-nin Hollandiyada 69 faiz səs aldığını öyrənən irqçi lider özünün twitter hesabında belə yazdı: “Hollandiyada diktator Ərdoğanın partiyasını seçən türklər, Türkiyəyə gedin və İslam faşizminin dadını çıxarın!”
Modern.az