1949-ci ildən bu günə qədərə görüşməyən Çin və Tayvan liderləri bir araya gələcək.
Modern.az bildirir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Çin Xalq Respublikasının sədri Si Tszinpin və Tayvan Prezidenti Ma İnszyu böyük fasilədən sonra Sinqapurda bir araya gələcək. Prezidentlər hər iki ölkənin maraqları ətrafında müzakirələr aparacaq.Görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb. Tərəflər mətbuat üçün açıqlama da verməyəcəklər.
Modern.az