Fransada daha faciə meydana gəlib. Modern.az saytı xəbər verir ki, ölkənin şərqində, Strasburq şəhəri yaxınlığında hərəkətdə olan sürət qatarı relsdən çıxıb. Hadisə zamanı 5 nəfər ölüb, 60 nəfər yaralanıb.
Qeyd edək ki, ötən gün Parisin 7 rayonunda partlayış baş verib, 150 nəfər dünyasını dəyişib. Bu Fransa tarixində baş verən ən irimiqyaslı terror aktı hesab olunur. Ölkə ərazisində 3 günlük matəm elan olunub.
Modern.az