Modern.az

Yerevanda referendum əleyhinə mitinq keçirilir - VİDEO

Yerevanda referendum əleyhinə mitinq keçirilir - VİDEO

Dünya

20 Noyabr 2015, 18:20

Yerevandakı “Azadlıq” meydanında Konstitusiya islahatları əleyhinə növbəti mitinq başlayıb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu, əvvəlki aksiyalardan iştirakçıların sayının çoxluğuna görə fərqlənir.

Məlumatda qeyd edilir ki, tribunada “İrs” partiyasından deputat Zauri Posrandjyan, bu siyasi qüvvənin idarə heyəti sədrinin müavini Armen Martirosyan, Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan və onun katibi Aram Manukyan var. Əvvəlki aksiyalarda olduğu kimi, Erməni Milli konqresi və “İrs”in liderləri – Levon Ter-Petrosyan və Raffi Ovannisyan yoxdurlar. Mitinqi Aram Manukyan aparır.

Ermənistanda Konstitusiya islahatları layihəsi üzrə referendum dekabrın 6-da keçiriləcək.

 


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok