Suriya ərazisində uçuşlar gerçəkləşdirən Türkiyə aviasiyası bu gündən etibarən ərazidə uçuşlarını dayandırıb. Modern.az Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu addım ötən cümə günü Rusiyanın Su-24 təyyarəsinin vurulmasından sonra atılıb.
Türkiyə aviasiyası bölgədə “İslam dövləti” qruplşamasının mövqelərini havadan nəzarətdə saxlayırdı.
Noyabrın 26-da Rusiyanın Suriyaya S-400 raketlərini yerləşdirməsindən sonra prezident Rəcəb Tayyip Ərdoğan Türkiyə təyyarəsinin bu raketlərlə vurulmasını “təcavüz” kimi dəyərləndirəcəklərini deyib.
Vüqar İsmayılov