Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub. Məlumat üçün bildirək ki, gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur.
Xalq şairi nəvəsilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb:
“Mənim nəvəm hərbçidir. Öz istəyilə bu yolu seçib. Sevincliyəm. Hər bir baba bu günü arzulayar”.
F.Qoca onun sevincini paylaşanlara “Allah sizin də başınıza gətirsin”,- deyib.
Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı şəhərində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, 1993-cü ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdirəsi vəzifələrində çalışıb. Ailəlidir…
Pərvizin atası - Günay Qocayevanın həyat yoldaşı Corc milliyətcə ingilisdir. Amma islam dinini qəbul eləyib, az da olsa Azərbaycanca danışa bilir.
ABŞ Silahlı Qüvvələrinin gənc zabit Pərviz 21 yaşındadır, o, ABŞ-da ingilis dilində təhsil alıb.
Gülşən RAUFQIZI