Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor
Elat mədəniyyətində türk mərdliyi, yaxın münasibəti, dostluğu, comərdliyi və sadəliyi ən dəyərli keyfiyyətlər olmaqla təbiətinə və əməlinə yaraşan iş kimi qiymətləndirmişdir. Bu keyfiyyətlər həm də türkün genetik kodunu başqalarından fərqləndirir. Belə keyfiyyətlər heç zaman ölmür, itmir, genetik kod onun ölümünə, itiminə imkan vermir. Əksinə, izləyir, müşahidə edir, stimullaşdırır. Necə ki, “Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü kölgəsində qoy yesin aslan səni” misralarına stimul verən genetik kod Oğuz babalarımızın söylədiyi “Müxənnət körpüsündən keçməkdən suya boğulmaq yegdir” (Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 176) atalar sözü ilə bağlıdır. Türkün comərdliyinin, sadiqliyinin genetik kodu Oğuz babalarımızın aşağıdakı atalar sözündədir:
Dəvə gördünmi desələr, köşəgin də görmədim di.
Dost gəlməyincəyaramaza satılma.
Havadakı quşı satma. Dənizdəki balığı satma.
(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 98, 100, 101, 187).
Azərbaycan atalar sözü: “Birdaşaltda, birdaşüstdə”.
(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004, s. 57).
Yaxud, “Qutadqu bilik”də comərdliyin, sadəliyin genetik kodu türk mənəviyyatının bir daha zənginliyindən xəbər verir:
Bəyə comərdlik və sadəlik lazımdır,
Sadəliklə bərabər xoşxasiyyət olmalıdır.
Comərd ol, bağışla, yedirt və içirt,
Malınazalsa, vur-al, yenəvarlan.
Cəsur və ürəkli insan üçün mal,
Ağ şahin üçün yem əskik olmaz.
(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s.164).
Mərd - namərd qarşılığı Azərbaycan atalar sözündə təsirli və kəsərli şəkildə özünü qoruyub saxlayır. Məs.:
Mərd ələ yapışar, namərd ayağa, haray!
Mərd əli kasad olmaz.
Mərd igidlər süfrə açar, ad alar.
Mərd kişi çörəyini daşdan çıxardar.
Mərd qədrini mərd bilər.
Mərd mərdə qənim olar,
Mürtəza Əli hər ikisinə.
Mərd özündən bilər, namərd özgədən.
Mərdə arxa çevir, namərdə vermə yaxa.
Mərdə güllə dəyməz heç kürəyindən.
Mərdi qova-qova namərd eləmə.
Mərdin gözü tox olar, namərdin gözü ac.
Mərdin qapısı açıq olar!
Mərdin paxılı deyilsən ki?
Namərd yoldaşından görər, mərd Allahdan.
Namərdə tuş olanın ciyəri qana dönər.
Namərdi bir gördün, bir də görsən, namərdsən.
Namərdin çörəyi dizinin üstə olar.
Namərdin gözü dar olar.
Namərdin sözünü söz eləmək olmaz.
(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004, s. 181, 182, 185).
Aşıq yaradıcılığında mərd-müxənnət, mərd-namərd oppozisiyasının poetik modeli çox geniş şəkildə verilmişdir. Onlardan bəzilərinə diqqət yetirək. Məsələn, Aşıq Ələsgərin yaradıcılığında:
Ahən gəzər, səngə verər mər dana,
Mərd oğulun qəhrin çəkər mərd ana.
Mərd iyid meydanda durar mərdana,
Müxənnət yapışar, ayağa, qarqar.
(Azərbaycan aşıq şeirindən seçmələr. Bakı, "Şərq-Qərb", 2005, s. 26).
Zodlu Usta Abdullanın yaradıcılığında:
Mərd iyidlər el içində qaladı,
Eşq atəşi səngimişdi, qaladı.
İyid ölsə bu dünyada qaladı.
Müxənnətlər gözləyəcək hasini.
(Azərbaycan aşıq şeirindən seçmələr. Bakı, "Şərq-Qərb", 2005, s. 106).
Aşıq Ələsgərdən başqa bir misal:
Haqqnəzərin Ələsgərdən kəsmədi,
Yarqəddinə yaraşanlar kəsmədi.
Mərdin qaydasıdı, basdı, kəsmədi,
Namərd təpə-dırnaq yara yetirər.
(Azərbaycan aşıq şeirindən seçmələr. Bakı, "Şərq-Qərb", 2005, s. 28).
Türkün genetik kodunda yalançılığa, qorxaqlığa, vəfasızlığa, haqsızlığa qarşı ikrah, cəsurluğa, igidliyə, halallığa hörmət hissi vardır. Bir-biri ilə ziddiyyət təşkil edən bu keyfiyyətlər barəsində türkün idrak sahibləri poetik bəyanat verməyi də bacarmışlar:
Eşitgörvəfalı insannədeyir,
İnsanüçüninsanlığın başı vəfadır:
Yalançının əməli,hərəkəti cəfadır,
Kimcəfaverirsə, oheyvandır.
Yalançı adamdan vəfa gözləmə,
Bu, uzun zamandan bəri sınanmış sözdür.
Bəycəsur,igid vəcürətli olmalıdır,
Bəycəsarəti ilədüşmənəqarşı çıxmalıdır.
Cəsuradamqorxaqlarınbaşınakeçsə
Hamı ondan cəsarət alar.
Busözə şahidkimibu beyti oxu,
Busözükönlünəvəağlına yaz:
Əgəraslan itlərə başçı olsa,
Hər it qarşısındakınaaslan kəsilər.
Əgər it aslanlara başçılıq etsə,
O zaman aslanların hamısı it kimi olar.
(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 164).
Comərdliklə bağlı Əhməd Yügnəki yazır:
Kamuğ til akı er senasınayur
Akılık kamuğayb kirini yuyur
Akı bol sana söz söküne kelmasün
Sökünçkelgüyolnı akılık tıyur.
Türkiyə türkcəsinə tərcüməsi:
Bütün diller cömert kişinin medhini söyler
Cömertlikbütün ayıpların kirini yıkar
Cömertol, sana söz, sövgü gelmesin
Sövgü gelecek yolu cömertlik tıkar.
Bu budun talusı akı er turur
Akılık şeref cah cemal artu
Sevilmek tilesen kişiler ara
Akı bol akılık sini sevdürür.
Türkiyə türkcəsinə tərcüməsi:
Buhalkın seçkini cömert insandır
Cömertlik şeref ve güzellik arttırır
Sevilmek diliyorsan kişiler arasında
Cömert ol, cömertlik seni sevdirir.
Türk həyatın, məişətin halallıq və haramlıq ziddiyyəti fonunda qurularaq min illər boyu belə də davam etdiyinə dərindən bələd olmuş və prosesin iştirakçısı kimi həmişə birinciyə - halallığa üstünlük vermişdir. Türkün genetik yaddaşında kim olursan ol, ancaq halal ol prinsipi aparıcı olmuşdur. O, halallıq və haramlıq, haqlılıq və haqsızlıq mübarizəsini gördüyü, bu işin iştirakçısı olduğu üçün belə söyləmişdir:
Haqlu var, haqsız çıqar; haqsız var, haqlu çıxar,
Halalzadə bazar edər, haramzadə bozar.
Haramzadə oğuldan halalzadə qul yegdir.
Haq sözü acı gəlür, Haram yeyici önməz.
Haq batildən qalmaz. Haq batil olmaz.
(Oğuznamə. Bakı, Yazıçı, 1987, s. 82, 93, 94).
Haqq, halal, haram barəsində Azərbaycan atalar sözü geniş təsəvvür yaradır. Məs.:
Haqdan keçmək olmaz. Haqq batil olmaz.
Haqq daşı ağır olar. Haqq doğrunun yarıdır.
Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər.
Haqq gəlsin, nahaqq gəlməsin.
Haqq haqqı kəssə, Allah hər ikisini kəsər.
Haqq iş gündən aydın olar.
Haqq işin nahaqqından qorxuram.
Haqq nazilər, üzülməz.
Haqq söz acı olar.
Haqq sözaxar suları saxlar.
Haqq söz danışanın papağı yırtıq olar.
Haqq sözdən gül iyi gələr.
Haqq sözlə axan sular durular.
Haqqyandırançırağısöndürməkolmaz.
Haqq yeyənin adın qoyarlar Haqverdi.
Haqq yıxılan mərd ölər.
Haqq yiyəsinə yad olmaz.
Haqqı tanıyan xana baş əyməz.
Haqqın əli olsun, batilin yaxası.
Haqqın verdiyinə şükür eləmək nemət artırır.
Haqlı var haqsız çıxar, haqsız var haqlı çıxar.
Halal incələr, ancaq üzülməz.
Halal mal heç yerə getməz.
Halalzada barışdırdı, haramzada qarışdırdı.
Haram gəldi halalı da apardı.
Haram gələn harama gedər.
Haram mal bərəkət tutmaz.
Haram şirin (dadlı) olur.
Haramın binası olmaz.
(Atalar sözü. Bakı, “Öndər Nəşriyyat”, 2004, s. 121, 122, 123).
Türkün idrak sahibləri dünya malının üç vəsfi olduğunu söyləmişdir: halal mal, şübhəli mal, haram mal.
Bu dünya malının üç vəsfi vardır:
O halal, şübhəli, ya da haramdır.
Halala hesab var, harama cəza,
Əgər şübhəlisə, ondan uzaq gəz.
(Yusif Balasaqunlu. Qutadqu bilik - xoşbəxtliyə aparan elm. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994, s. 267).
davamı var…