Cəsur Türk tarixi salnaməsinə,
Adını şərəflə yazır Ərdoğan.
Söykənir xalqının iradəsinə,
Yağı niyyətini pozur Ərdoğan.
İslam dünyasına qəsd edənləri,
Türkün əleyhinə bərk gedənləri,
Arxada tor qurub təlx güdənləri,
Şirtək nərildəyib əzir Ərdoğan.
Düşməni lazımi anda vurmağa,
Qardaş ölkələrə arxa durmağa,
Ən ali məqsədi Turan qurmağa,
Həmişə hazırdır, hazır Ərdoğan.
İstər siyasətdə, istər hərbidə,
Mat edir şimalı, şərqi, qərbi də
Aləmi titrədir hökməl zərbi də,
Yeni xəritələr cızır Ərdoğan.
Liderə çevrilib, artıq cahanda,
Başçılar baş əyir ona baxanda.
Ölkələr birləşib asi çıxanda,
Dünyanı nizama düzür Ərdoğan.
Haylar qərq edəndə bizi al-qana,
Xalqımı çəkəndə hərə bir yana,
Dərhal dayaq olur Azərbaycana,
İlhamla əl-ələ gəzir Ərdoğan.
Qətiyyən inanmır nankor ruslara,
Nə kar firənglərə, nə kor farslara.
Dur! - deyir siyasi oyunbazlara,
Hər işi Haqq ilə çözür Ərdoğan.
Yaqub Məğrur