Biz məğlub-məğmun millətdən qalib-məğrur millətə çevrildik!
Əziz balalar, xoşbəxt çöhrələrinizi canlı həyatda görə bilməyəcəyim gələcək nəslin körpələri, mənim nəvələrimin nəvələri, bu yazını vəcdə gələrək qələmə alıram. İndi elə günlərdir ki, təkcə mən deyiləm, bütün xalqımız, bütöv Azərbaycan, Turan elləri, yaxın-uzaq dostlarımızın qəlbində sevinc duyğuları aşıb-daşır. Fərəhlə şadlanır, sonsuz qürur hissi keçiririk. Ondan ötrü ki, doğma Azərbaycanımız uzun illər həsrətində olduğu məqsədə nail olub! Xalqımızın mətinliyi, Dəmir yumruq kimi birləşməsi, dönməz iradəsi, qəhrəman ordumuzun rəşadəti, Respublikamızın Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, müdrik rəhbərliyi sayəsində Odlar yurdumuz Azərbaycan cəbhədə amansız döyüşdə, quduzlaşmış qarı düşmən, işğalçı Ermənistan ordusu üzərində parlaq, qəti, tarixi qələbə qazanmışdır. Düşmən ölkənin yaramaz rəhbəri diz çökərək acınacaqlı məğlubiyyətlə barışmalı olmuş, Azərbaycanın irəli sürdüyü tələb və şərtləri—“Qarabağ Azərbaycandır və nida” şüarını rəsmən qəbul edərək imzalamışdır...
Xalqımızın gələcəyi olacaq körpələr, bu günki nəvələrim qədər sevdiyım əziz balalar, Sizlərə müraciət etməkdə məqsədim o səbəbdəndir ki, biləsiniz Azərbaycanımızın ucalığa yüksələn bu Zəfər yürüşü necə çətin və mürəkkəb vuruşdan-döyüşdən keçib. Bu uzun yol məşəqqətli, qanlı-qadalı, həm də labirint sayaq dolanbac məsafə qət edib. Bunları sizlər gələcəkdə dərsliklərdən, tarix səhifələrindən ətraflı öyrənəcəksiniz. Biləcəksiz ki, ermənilərin çoxu yurdsuz-yuvasız, tarixən dərbədərdir, az qala dünyanın bütün ölkələrinə səpələniblər. Bizim məmləkətdə isə yüz minlərlə erməni rahat ömür sürürdü. Onlar iqtisadiyyatın, mədəniyyət, maarif, idarəetmə strukturun, hüquq-mühafizə qurumlarının müxtəlif sahələrində özlərinə möhkəm yuva qurmuş, kök salmışdılar. Rəhbər, yüksək vəzifəliləri ələ keçirmişdilər. Yerli aborigen camaatdan daha yaxşı, rahat-firavan yaşayırdılar. Di gəl ki aralarında nakəslər, el dili ilə söyləsəm ”zatı qırıqlar” az deyildi. Xislətlərindəki nanəcimlik belələrini daim rahatsız edirdi. Dinc əməklə məşğul olan erməni qardaşlarının da xeyli hissəsini bəd niyyətli “azara” -- qonşu dövlətlərin torpaqlarını zəbt eləmək xülyası xəstəliyinə yoluxdururdular. İddiaları xam xəyal olan belələri Azərbaycan torpaqlarına qara niyyətlə dəfələrlə iştahlanmışlar. Amma 1960-70-ci illərdə bizim Azərbaycan məmləkətində səslərini çıxara bilmədilər. Axı qarşılarında Heydər Əliyev kimi dönməz, qətiyyətli şəxsiyyət vardı. Əlacı onda gördülər ki, bu qüdrtli insanı rəhbər vəzifə və lazımi səlahiyyətlərdən kənarlaşdırsınlar. Keçmiş SSRI-nin xəyanətkar başçısı Qorbaçov ermənilərin istəyini həyata keçirdi...
Arxayınlaşan ermənilər illərlə gizlin-aşkar qaydada hazırladıqları məqsədi-separatçılığı leqallaşdırdılar. Özlərinin üzdə olan nankor “lider”lərinin çağrışına güvənərək bir zamanlar Dağıq Qarabağ Muxtar Vilayəti adlandırılan Azərbaycanın əzəli torpaqlarının Ermənistana verilməsi təkidi ilə aramsız mitinqlərə başladılar. Bu ağrılı məsələ ölkənin ali qanunverici orqanında müzakirəyə çıxarıldı. SSRİ Ali Sovetinin həmin sessiyasının televiziya ilə canlı yayımını seyr eləyən hamımız ürək parçalayan mənzərəyə şahid olduq. Erməni deputat tribunaya qalxaraq Qarabağ haqqında bağırtıli iddia ilə danışanda Qorbaçov ondan xüsusi tərzdə soruşdu: – “Siz Artsax haqqında danışırsınız?”
Havadan da nəm çəkən, hər bir sözü, ifadəni haldan-hala salan Qərbin, eləcə də ABŞ-ın siyasiləri, təhlilçiləri sual vermədilər ki, a yoldaş-cənab Mixail Qorbaçov, rəhbərlik etdiyin nəhəng dövlətin hansı sənədində “Artsax” sözü var? Ermənilər Qarabağı “Artsax” adlandırdıqlarından Baş katibin ifadəsi onların könlünə yağ kimi yayıldı, xoşlarına gəldi, gülümsəməyə
başladılar. Əslində həmin suala qətiyyən lüzum yox idi. Heç kim bunu gözləmirdi. Sual lazımdısa SSRİ-nin başçısı “Artsax” ifadəsi əvəzinə “NKAO” kəlməsini işlətməli, bizim dillə deyilsə DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) sözünə istinad etməliydi. Amma o, bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın adını düz tələffüs etmirsə azərbaycanca olan DQMV sözünü dilə gətirərdimi?!
Fəqət işin mahiyyəti tam başqaydı. O, rəsmi ali tribunadan ölkənin rəhbərləri, bütün birinci dərəcəli deputatları qarşısında, yüz milyonlarla televiziya tamaşaçılarının göz önündə belə ifadə işlədib, manevr etməklə yalnız daşnak-separatçı ermənilərə xeyir-dua vermirdi, həm də pusquda məqam gözləyən daşnaklara, onların dünyaya səpələnmiş, neçə-neçə ölkədəki araqarışdıran həmvətənlərinə, okeanın o tayındakı havadarlarına öz mənfur niyyətini bəyan edirdi.
Qorbaçovun rəhbərə zidd, əndazəyə sığmayan mövqeyi erməni deputatları daha da həyasızlaşdırdı, onlarda eyforiya doğurdu. Onlar bir-birinin ardınca Ali Sovetin tribunasına cumaraq millətimiz barədə əxlaqsız hədyanlar, heysiyyatımızı alçaldan ifadələr bağırmağa başladılar. Qəlbiqara Qorbaçov nəinki onların sözünü kəsir, tribunadan kənarlaşdırırdı, əksinə, yaranmış vəziyyətə dözməyib, haqsızlıqlara cavab vermək amalı ilə tribunaya yanaşan Azərbaycan deputatı, yazıçı Anara çıxış etməyə imkan vermədi, onu tribunadan uzaqlaşdırdı. Baş katib belədə Orta əsr zülmkar hökmdarlarına bənzəyirdi. Azərbaycan deputatlarının əl-qolunu bağlayıb goreşənlər qarşısında naçar saxlamışdı. Ali Sovetin sessiyasını televiziya ilə izləyən milyonlarla soydaşımız belə nataraz münasibətdən məğmun hala düşdü, bir çoxumuz infarkt keçirtdi. Çarəsiz vəziyyətdiydik.
Ay mənim, bir-birindən sevimli balalarım, ömrüm sonsuz deyil. Mən sizin gözəl-göyçək çöhrələrini görə bilməyəcəm. Sizlərlə qabaq-qənşər oturub, necə məşəqqətlər çəkdiyimizi sizlərə nağılsayaq, canlı nəql etmək qismətim olmayacaq. Odur ki, yaşadığım illərin həyat lövhələrindən bəzilərini qələmə alıram. Mənim gələcəkdə dünyaya gələcək balalarım, bir vədələr on beş respublikanı müttəfiq adı ilə birləşdirən Sovetlər Birliyinin başçısı namərd hərəkətləri ilə ermənilərin əlinə ucu bilinməz ip verdi, sonra da həmin ipi dolaşıq salıb düyünlədi. Həmin düyün 30 ildən çox müddətdi açılmaq bilmirdi. İndi bizim günlərdə--2020-ci ilin noyabr ayında bu düyün açılır. Nə tərzdə açılır ondan bəhs edim:
Özlərinə hansı vasitələrləsə xeyli havadar tapan separatçılar 1988-ci il 20 fevralda aşkar qaydada hərakata keçdilər. Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti kimi bəllənən qrum xəlvəti sessiya təşkil etdi. Muxtar vilayətin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar düzəltdilər. Bu hoqqbazlığa Kreml də, rəsmi Bakı da qəti, kəskin şəkildə demədilər ki, muxtar vilayət, heç muxtar respublika bu qəbildən beynəlxlq hüquqa sahib deyil! Yuxarıların laqeydliyini görən separatçılr daha da quduzlaşdılar. Qeyri-insani, barbar əməllərə qurşandılar. Qarabağda, Ermənistan adlanan qədim Oğuz elində harada azərbaycanlı gördülərsə ona hücum olundu. Soydaşlarımızın malı, mülkü talandı. Onlara əzab, işgəncə verib zorla ev-eşiyindən, dədə-baba yurdundan didərgin saldılar.
O zamanlar mən indiki “Xalq qəzeti”nin sələfi “Kommunist” qəzetinin bölgə müxbi idim, Ailəmlə birlikdə Əli Bayramlı (Şirvan) şəhərində yaşayrdıq. Vəzifə bopcumdan irəli gələrək hər gün sübh tezdən bölgədəki dəmir yol stansiyalarına tələsirdim ki, qədim Qərbi Azərbaycandan qovulub, didərgin salınan qəlbi dağlı soydaşlarımızı gətirən qatarı Sabirabad, sonrakı günlərdə növbəynən Saatlı, İmişlı, Jdanov (Beyləqan) rayonlarındakı dəmiryol stansiyalarında qarşılayaq. Gələnlər əsasən qoca-qarı, uşaq-qadındı. Çoxu ayaqyalın, ev geyimində, bağlamasızdı, yəni özləri ilə heç nə gətirmirdilər. Hiss olunurdu ki, bu binəsibləri elə həyət-bacada yaxalayıb “sürgün eləmişlər”. Ürək parçalayan mənzərələr idi. Didərginlər, məcburi köçkünlər qruplaşdırılır, kimin harada qohum-qardaşı varsa oraya, ya da özləri istədikləri rayona yola salınırdı. Lakin məhdudiyyətlər vardı. Bakıya, Sumqayıta buraxılmırdılar. DQMV-yə yollamağa isə tam qadağa qoyulmuşdu. Bu yanlış addım yüxarılardan ciddi göstərişdi.
Bunun ardıyca Qarabağdan qovulub, perik salınmış soydaşlarımızın fəlakətləri başladı. Daşnak xislətlilər səngimir, səfalı, cənnətməkan ərazilərimizi, yaşayış məntəqələrimizi bir-birinin ardıyca işğal edirdilər. Bu alçaq niyyət üçün uzun onillər ərzində hazırlıq, tədarük görmüş,
ssenari tərtib etmişdilər. Spitak zəlzələsi də onların karına gəldi. Həmişə ermənilərin dayağı olan SSRİ rəhbərliyi, xüsusilə Hazirlər Sovetinin sədri Rıjkov Ermənistan SSR-ə əlavə olaraq bu respublikanın həmin vaxtlar qüvvədə olan dövlət büdcəsindən xeyli artıq maliyyə vəsaiti ayırdı (həmin Rıjkov İrəvana növbəti gəlişlərinin birində ermənilərə xüsusi əda ilə bəyan etdi ki, 1990-cı ilin qara yanvarında Bakıya qoşun yeridilməsinə o göstəriş vermişdir). Bunlardan savayı zəlzələ dağıntılarını aradan qaldırmaq adı ilə Sovet rəhbərliyinin təkidilə İrəvana heç bir məmləkətə edilməyən qədər çeşid-çeşid yardımlar göndərildi. Nəfəs dərmədən bir-birinin ardınca İrəvan aeroportuna enən xarici təyyarələr yalnız maddi yardım gətirirdi? Yəni o zaman heç bir silah-sursat gətirilməyib? İnanilası deyil! Həmin vaxtlar bu qaydada, bir-birinin üzərinə yığılan həddi bilinməz pullar zəlzələnin törətdiklərinin tam aradan qaldırılmasına yönəlməyibsə, nəyə sərf olunub? Ermənistanın ağır iqtisadi durumu düşünməyə əsas verir deyim ki, daha güclü silahlanmaya, separat niyyətli məqsədlərə, müharibəyə-işğala sərf olunub. Spitak zəlzələsindən dərhal sonra oraya Azərbaycan birincilər sırasında maddi-texniki, başlıcası insan qüvvəsi yola saldı?! Bunu ayrıca qeyd edirəm ki, eşidib biləsiniz, əziz balalar, Hayıstan adıyla hallanln qonşu dövlət həm də nankor, qədirbilməzdir... Azərbaycanın belə nəcib, mərhəmətli niyyəti amansızlığa tuş gəldi. Bakıdan göndərilən təyyarə ehtiram, minnətdarlıqla yox, qəddarlıqla qarşılandı. Müəmmalı şəkildə qəzaya uğradı... yoxsa məhv edildi? Hələ də bu barədə rəsmi İrəvan öz münasibətini bildirməyib. Təyyarədə həlak olan 120-dən çox mərd, igid övladlarımız namərdlər diyarında bir dəfə də xatırlanmayıb, yad edilmir?! Sanki heç belə faciə olmayıb...
Qan qaraldan belə olayları yazmaya da bilərdim, mənim körpə, kövrək balalarım! Əgər bu günlərin olayları televiziyalarda yayımlanmasaydı... Bax, elə bu yazını kağlza köçüdüym saatlarda televizorlarda, işğaldan azad olunmuş rayon və şəhərlərimizin görüntüsü yayımlanırdi. Bilirsiniz həmin yaşayış məkanla indi nə haldadı? Dözülməz olsa da söyləym, əziz balalar. Mən 2005-cı illərə qədər qəzet redaksiyaları əməkdaşı qismində dəfələrlə həmin rayonlarda səfərdə olmuşm. O vədələr bir-birindən abad, bağlı-bağatlı, səfalı yurd yerləriydi bu məkanlar. Hərəsinin özünə məxsus gözəlliyi vardi. Adamları dinc əməklə, qurub-yaratmaqla məşğuldu. Zamanın üzü döndü. Sonradan quduzlaşmış separatçı, daşnak ermənilər vətənimizin 20 faizə qədər torpaqlarını, o cümlədən Qarabağın dağlıq hissəsini, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın,Kəlbəcər rayonlarını işğal etdilər... İndi azad ediliblər, yağı tapdağndan qurtulublar, halal yurdlarımız. Lakin bu gün başqa, inanılmaz dərəcədə miskin, ürək dağlan vəziyyətdədir həmin yerlər. Onların ötən vədədəki gözəllklərindən, səliqə-sahmanlarından əsər-əlamət qalmayıb. Yerlə yeksandır hər tərəf. Elə bil min illərin xarabalıqlarıdır həmin yaşayış yerləri. Rəşadətli əsgərlərimiz Qalib ordumuzun müzəffər qələbəsini rəmzləndirmək məqsədilə Dövlət Bayrağımızı yüksəldib sancmaq üçün uçurulmayan, viran edilməmiş bina, mülk tapa bilmədilər. Salamat bina, tikili yoxdı. İgid əsgərlərimiz lazımi dirək hazırlayıb, ülvi məqsədlərini yüksəklikdə həyata keçirirdilər.
Ermənilərin Kəlbəcərdən çıxarılması anları da ekranlarda təkrar-təkrar təsvirlənir. Görüntülərdə acınacaqlı mənzərələrla yanaşı, mənəviyyatsızlıq lövhələri də əks edilir! Vicdanlarını itirmiş ermənilər bu dilbər məkanımızı işğal edib, soydaşlarımızı öz halal, dədə-baba eb-eşiyindən zillət-içgəncələrlə vəhşicəsinə qovanda, onların varidatlarını talan edəndə binəsib bacı-qaraşlarımız heç nəyə əl vurmadan, lazımi geyimlərini belə yurdda qoyub, təkcə canlarını götürüb didərgin salınmışdılar... Sonradan buraya insafsız, mərifətsiz ermənilər köçürüldü. 30 ilə yaxındır bizimkilərin mülklərində yaşayırdılar. Daha Azərbaycan xalqının, rəşadətli ordumuzun qüdrəti qarşısında dözüm gətirmirlər, doğma torpaqlarımızdan qovulmağa məhkumdurlar. Dərbədər olub köçürlər. Fəqət, könlü tox, qəlbi açıq Kəlbəcərlilərdən cox fərqli rərzdə; evlərə, binalara, meşələrə od vurur, əllərinə keçənlərin hamısını qamarlayırlayır. Mümkün olan hər şeyi özləri ilə götürürlər. Tikililərin qapı-pəncərələrini çərçivələri qarışıq çıxarır, unitazları belə aparırlar. Bunları əks etdirən görüntü necə də iyrəncdi. Erməninin biri qənimət bilib tualetdən çıxardığı unitazı qucağına almışdı, özünün nübar körpə uşağının qundağı sayaq əzizləyib, digənin qucağına ötürdü. Birlikdə ehmalca maşına yüklədilər. Onlar apara bilmədikləri mal-qaranı da öldürürdü... İnsanlıq belə vəhşilik görməyib! Inanmıram ki, hansısa başqa bir millət bu qədər rəzil hərəkətə yol verər. Bu hal yalnız erməniyi xasdır!
Onların mənəviyyatsızlıqları barədə çox yazmaq olar. Belə şərəfsizliklərdən daha biri barədə bəhs edim: 2011- ci ilin sentyabr-oktyabr aylarında Qarabağda erməni hərbçiləriylə təmas xəttində yerləşən kəndlərimiz düşmən tərəfdən müntəzəm olaraq atəşə məruz qalırdı. Yanğınlar törədir, adamlrımızı öldürürdülər. Belə hallara son qoymaq üçün bizim tərəfdəki kəndlərdə tikinti materialından hasar inşaa edildi. Ona görə ki, quduzlaşmış düşmən həyət-bacada oynayan körpələrimizi, dərsə gedib-gələn məktəbliləri, məzarlığa ziyarətə gələn adamlarımızı, həmçinin tarlada dinc əməklə məşğul olan soydaşlarımızı daha nişan alb qanına qəltan edə bilməsin! Bu hasar heç də Çin səddi deyildi. Bir zamanlar Berlini ikiyə ayıran bədnam divara, ABŞ-ın Meksika ilə sərhədi boyunca qaldırdığı hasara istər mənaca, istərsə də formaca bənzəri də yox idi. Müvəqqəti vasitəydi. Düşmənin namərd atəşindən qopunmaq üçün istinaddi. Bax, canım-ciyərim balalar, bu gün həmin hasarlar daha yoxdur, baharda qar günəşin ilıqlığından əriyib yox olduğu sayaq bu hasrlar da aradan götürülüb. Doğma torpaqlarımız bir daha bu qəbildən maneələr görməyəcək...
Amma məlun düşmən yenə dinc durmadı. Füzuli rayonunun Alxanlı kəndində müdhiş faciə törətdi. Zəhra adlı məsum balamızi, nənəsi ilə birlikdə quduz əməllə qətlə yetirdilər. Öz evlərinin qənşərində, həyədə gəzinti zamanı?! Bu, haqlı hiddət doğurdu! Dünyanın hər tərəfindən, rəsmi beynəlxalq dairələrdən, dövlət və hökumət başçılarından, sabiq ölkə prezidentlərindən kəskin reaksiya bildirildi. Hadisəni törədənlər cani, insan qatili adındırıldı. Qəribədir, axı əvvəllər də Zəhra kimi neçə-neçə körpə ciyərparamızı, minlərlə günahsız dinc insanlarımızı ağlasığmayan amansızlıqlar, işgəncələr, rəzalətlərlə qanına qəltan etmişdilər. Amma o vədələrdə ermənilər cani adlandırılmırdı. Çoxu susur, bəzən də nanəcimlərin törətdiklərinə haqq qazandırırdılar. Çünki Azərbaycan iqtisadi-siyasi-hərbi cəhətdən qüdrətli, nüfuzlu, tərəqqi etmiş deyildi.
Gidi dünya nə üçün belədir, ay mənim heyrətli baxışlarını xəyalən seyr etdiyim gələcək övladlarım?! Nə edəsən ki, haqq-ədalət yerini çətinliklə tapır. Sonradan yurdumuza, dövlətimzə yanaşma başqalaşdı. Bir vaxtlar haqq səsimizi batıranlar, sözümüzü eşitmək istəməyənlər gerilədilər. Söylədiyimizi dinləməyə, fikrimizə şərik çıxmağa, ədalətli mövqeyimizi dəstəkləməyə başladılar. Gərdişin belə döünşü Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən , düzgün proqramlaşdırılmış idarəçilk bacarığı sayəsində mümkün oldu. Azərbaycan beynəlxalq meydanda öz mövqeyini möhkəmləndirdi, etibar-hörmət qazandı. Ölkədə mili birlik, sabitlik yarandı. İqtisadiyyatımiz sürətli inkişaf yolu ilə irəliləməyə, Milli ordumuz müasirləşib qüdrətlənməyə başladı. Fəqət millətimizin bəlalı Qarabağ dərdinin əlacı müşkil olaraq qalırdı. Bu məsələnin həlli beynəlxalq təşkilata həvalə edilmişdi. Həmin qrum isə işi 30 ilə qədər, səmərəsiz uzadırdı. Belə girəvədən bəhrələnən namərd güclər düşmənə yetərincə maddi, maliyyə, hüquqi dəstək verirdilər. Arxayınlaşan, bolluca silahlanan qudurmuşlar təmas xəttində durmadan təxribatlar törədirdilər. Bizimkilər onlara lazımi atəşlə cavab verəndə həmin beynəlxalq qurum “durun!” deyirdi. Bunu Helsinki Yekun Aktı ilə əlaqələndirirlər. Axı, Helsinki aktı dünən yox, 1975-ci ildə qəbul edilib. Qarabağda odlu silahlar gurlayıb azərbaycanlıların qanı axıdılanda da mövcud idi. Nə səbəbə o vədələrdə yada düşmədi? Nə səbəbə daşnak ermənilər və havadarları bir neçə gün ərzində Azərbaycanın Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını qeyri-insani qəddarlıqla işğal edəndə həmin “Helsinkiçilər” gözlərini yumur, qulaqlarını tıxayır, səslərini qaldırmır, işə qarışmırdılar. Həm də yalnız adlarını sadaladığım rayonlar deyil onlardan əlavə Dağlıq Qarabağın özü, Kəlbəcər, Laçın, Ağdam, Füzuli rayonları da ermənilərin və havadarlarının vəhşilikləri, xəyanətləri sayəsində, talan və amansızlıqlarla işğal edilmişdi. Nədən və nə nəyə görə həmin illərdə Helsinki müqaviləsi barədə kimsə fikir bildirmədi, səsini qaldırmadı?
Xalqımızın səbrı tükənməz deyil. Nəhayət 27 sentyabr 2020-ci ildə ermənilərin qəfil təxribatına cavab olaraq Azərbaycan bütün cəbhə boyu əks hücuna keçdi. Hərbçilərimizin rəşadətli vuruşu, Vətəni öz canından əziz tutan cəsur, ölməz şəhidlərimizin qanı hesabına, döyüşən əsgər və zabitlərimizi şücaəti, Azərbaycan xalqının görünməmiş yekdil həmrəyliyi sayəsində Müzəffər Ordumuz zəfər qazandı. 44 gün ərzində 30 illk həsrətə son qoyuldu. Acınacaqlı məğlubiyyət qarçısında Ermnistan rəhbəri diz çökrək Azərbaycanın irəli sürdüyü şərtləri sözsüz və birmənalı qəbul etdi. Nankor, xəbis ermənilərin başları üzərinə qaldırdıqları murdar niyyətlə dolu çanaq öz başlarında çilik-çilik oldu. Naxələflikləri, xəyanətləri ucbatından Bakıdan, Odlar yurdundan da əlləri həmişəlik üzüldü. Yoxsa xarici və daxili havadarlarının yardımı, özlərinin çoxyönümlü kələk və riyakarlıqları ilə respublikamızda dövlət əmlakının özəlləşdirilməsinin münbit şəraitində “milyonlar səltənəti Bakı”nı, bütövlikdə cənnət Azərbaycanı “privatizasiya” edib özəlləşdirəcək, mənimsəyəcəkdilər…
Hər zaman istəkli, əzizlənməli olan balalarım, ölkəmizin rəhbəri İlham Əliyev Azərbaycan tarixində hələ heç kimin etmədiyini etdi. Qətiyyəti, müəyyənləşdirdiyi düzgün strateji xətti qələbənin təmin olunmasında öz töhfələrini verdi. Bacarağı, savadı-məntiqi və qüvvəsi ilə ölkənin ən ümdə problemlərindən birini həll etdiı. Azərbaycanı həm beynəlxalq, həm də milli baxımdan möhkəmləndirdi. Təsdiq etdi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir. Ali Baş Komandan müharibə dövründə Ordumuzun rəşadətinə bərabər misilsiz siyasi, diplomatik fəaliyət göstərdi. Demək olar ki, hər gün keçirilən müsahibələrində dünyanın müxtəlif əqidəli çoxsaylı jurnalistlərinin təxribat xarakterli, qara niyyətli, təftişçi suallarına təmkinlə, dəqiq, ətraflı, dolğun cavablar verir, qarşısındakıları heyrətləndirib mat qoyurdu. İlham Əliyev bir intellekt, dəmir iradəli, polad məntiqli, hazırcavab, sözü yerində, tutarlı şəkildə söyləyən, fikrini aydın və dəqiq ifadə etməklə milyonlara nümunə olası şəxsdir! Sizlər üçün də örnək olsun, balalarım!
Nəvələrimim sevivli nəvələri, bilirəm daha çox mətləblərdən hali olmaq istəyirsiniz. Elə mən də çox vaqiəlri dilə gətirmək arzusundayam. Çünki xalqımızın taleyində xoşbəxt, qəhrəmanlıq, istiqlallı dövrlərlə yanaşı məşəqqətli müddətlər də az olmayıb. Biz zaman-zaman müxtəlif istilaçalın zülmü altında yaşamalı olmuşuq. Lakin oz mədəniyyətimizi, yaşam tərzimizi, dilimizi-dinimizi qoruyb saxlamağı bacarmışıq. Onları sizlərə də müqəddəs əmanət kimi ötürürük. Zaman dəyişsə, həyat başqalaşsa da sizlər də hifs edin, dürüst yaşadın onları, əsrlərin keşməkeşinə tab gətirib möhkəmlənən, müqəddəsləşən milli mənəviyyatımızı, mənliyimizi! Qoruyun, inkişaf etdirin onları! Nə vaxtsa yeni şəraitə uyğunlaşdırsanız da qoy öz əzəli təməlinin sütanları üzərində əbədi bərqərar olsunlar! Ana laylası həmişə karınıza gəlsin. Ana südü qədər halal, məsum ANA LAYLASInın müqəddəs təranəsinə yadırğamayın. LAYLAnı unutmaqmı olar? Niyə bu əvəzsz, ülvi əməl arxa plana keçsin? Axı, südəmər, can qədər əziz balalrın yastığı başında xeyir-dualı “Ana laylası”nın havalanmasınin özü də bir şəfadır. Nəfəs-nəfəsə, ayrıca məlahətlə müntəzəm səsləndirilməlidir. Qoy məsum cağaların eşidəcəyi ilk şərqinin məlahəti unudulmasın! Vətənə, ana dilinə məhəbbət, şərəf, sədaqəti, ləyaqət duyğusu ömür boyu yaşansın. Mübarizlik əzmini adət-ənənimizə sevgini, böyük-kiçiyə ehtiramı törəmələriniz özlərinə həyat tərzi bilsinlər. Dupduru, saf Azərbaycan kəlmələrini “Ana laylası” vasitəsiylə balalarınızın qanına, iliyinə hopdurun ki, qulaqlarda ömür boyu qalsın, ruhda əbədi yer tutsun!
Bu fikirləri Sizlərə xüsusi duyğu, sonsuz sevgi-məhəbbət, baba ehtiramı ilə yazdığım anlarda televiziyada Azərbaycan Prezidenti Ali Baş Komandan İlhm Əliyev Müzəfər Ordumuzun Ermənistan ordusu üzərində tarixi qələbəsini fərəh və coşğu ilə şərh edirdi. Fikrini belə yekunlaşdırdı: Füzuli bizimdir! Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Kəlbəcər bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! QARABAĞ AZƏRBAYCANDIR!!! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Qürurlanırıq! Axı qalib Millətik!
Rafiq HƏSƏNOV,
Ahıl Jurnalistlər məclisinin üzvü
12 noyabr 2020-ci il.