Azad Yazarlar Ocağının (AYO) üzvü olan yazar Qan Turalının “Zəfər nərələri içində tənqid nidaları” adlı məqaləsi AYO-nun fəaliyyəti ilə bağlı xeyli suallar doğurmuşdu. Modern.az olaraq AYO-nun sədri Aqşin Yeniseydən bu suallara aydınlıq gətirməsi üçün ondan müsahibə almaq qərarına gəldik. Öncə bizdən suallarla tanış olmağı xahiş edən, daha sonra 2 gün möhlət istəyən A.Yenisey sonda müsahibə verməkdən imtina etdi. Amma səbəbini öyrənə bilmədik... Modern.az-ın açıq qalmış suallarını nöqtəsinə, vergülünə toxunmadan dərc edirik:
- Qan Turalının yazısıda AYO-nun 60-cı illər nəsli qədər parlaq fərdlər yetirəmədiyi vurğulanır. Bu nəsli bütün fəaliyyətində və düşüncəsində inkar edən AYO-nun rəhbəri kimi bu fikirlərə münasibəyiniz necədir?
- AYO-nun hər şeyi inkar etmək özünə qədər yaranan ədəbiyyatı tamamilə rədd etmək sindromunu nə ilə əlaqələndirirsiz? Bu bir qurum kimi sizin fəaliyyətinizə mənfi təsir etmir ki?
- AYO-nun bir birlik kimi vahid proqramının olmamasını necə qəbul edirsiniz?
- Məqalədə AYO-nun daha çox keçmişi inkar, rədd etməsi gələcək üçün isə faydalı kadrların o qədər də aktiv fəaliyyət göstərməməsi vurğulanır. Bu fikirlə razısız?
- AYO-da xüsusi dəyərlər sistemi yarada bilən, əsərlərə estetik qiymət verə bilən hər hansı tənqidçi varmı?
- Qan Turalı facebook səhifədində “ola bilsin, bu yazıdan sonra məni AYO-nun sıralarından çıxararlar” qeydi var. Bu məqalə onun AYO-dakı mövqeyinə təsir edəcəkmi?
Elmin Nuri