“Siçanlar və insanlar”ın müəllifi, Nobel mükafatlı yazıçısı Con Steynbek həm də yaxşı bir məktub yazarıydı. Modern.az onun 1958-ci ildə internat məktəbdə oxuyarkən “Syuzan” adlı bir qıza aşiq olduğunu söyləyən böyük oğlu Tomun məktubuna verdiyi cavabı sizlərə çatdırırıq:
Kimsə sevgini acgöz və eqoist şəkildə yalnız özünə aid olmasını istəyir. Eşqi özünü bəyəndirmək üçün istifadə edir. Bu eşqin ən çirkin və ən şikəst növüdür. Digər tərəfdən, sənin içində yaxşı olan hər şeyi xaricə çıxarmağı təmin edər. Yaxşılığı, etibarı və hörməti. Yalnız ictimai hörmət məsələsi deyil, bir başqasını bənzərsiz və qiymətli görə bilmək kimi daha uca hörməti də xaricə çıxardar.
Qızlar sənin nə hiss etdiyini bilmək kimi bir xüsusiyyətə sahibdirlər amma yenə də hiss etdiklərinizi eşitmək istəyərlər.Bəzən hisslərinə bəzi səbəblər səbəbindən cavab ala bilməzsən, amma bu hiss etdiklərinin dəyərini ya da gözəlliyini azaltmaz. Son olaraq, sənin nə hiss etdiyini bilirəm, çünki mən də eyni şeyləri hiss edirəm, sənin də belə hiss etdiyin üçün şadam. S
İlk növü, səni xəstə, kiçik və zəif edə bilər, ikincisi isə səni gücləndirər, sahib olduğunu bilmədiyin cəsarəti, yaxşılığı və müdrikliyi ortaya çıxarmanı təmin edə bilər.
Bunun gəlib keçici bir gənclik eşqi olmadığını söyləyirsən. Əgər bu qədər sıx duyğular hiss edirsənsə deməli bu sadəcə gənclik eşqi deyil. Lakin məndən sənə nələr hiss etdiyini xatırlamağı istəmədiyini düşünürəm. Hiss etdiklərini, sən hər kəsdən daha yaxşı bilirsən. Sənə bu mövzuda nə etməyin lazım olduğu ilə əlaqədar kömək olmağımı istəyirsən. Bunu edə bilərəm.
Əvvəlcə, sonuna qədər hiss etdiklərinin dadını çıxar, minnətdar ol və təşəkkür duy.
Eşqin məqsədi ən yaxşı və ən gözəl məqsəddir. Ona çatmağa çalış. Əgər birinə aşiqsinizsə o adama açıq olmaqda heç bir təhlükə yoxdur; yalnız bəzi insanların çox utancaq ola biləcəyini unutmamalısınız, bəzən eşq elan edərkən bu utancaqlığı göz qarşısında saxlamaq lazımdır.
Susanla tanış olmağı çox istəyirik. Bu görüşün planlarını Elen düşünəcək, çünki bu onun tədqiqat sahəsidir və o buna çox da məmnun olacaq. O da eşqi bilir, bəlkə sənə məndən daha çox köməkçi olacaq. Və əsla itirməkdən qorxma. Əgər əsl sevgidirsə davam edəcək. Tələsik etmə yetər. Yaxşı şeylər əsla əldən qaçmaz!
Sevgilər, Atan!
Hazırladı: Elmin Nuri