Modern.az

Bakıda yol qəzası: 1 nəfər öldü

Bakıda yol qəzası: 1 nəfər öldü

Aktual

10 İyun 2017, 15:55

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyunun 9-da saat 11 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Abşeron rayon sakini Nurlan Abdullayev idarə etdiyi “Mercedes” markal avtomobili yol ayırıcısına vurub.

Nəticədə onun sərnişinlərindən həmyerlisi Sadiq Məsiyev hadisə yerində ölüb.

Hadisə ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı