Modern.az

Dəhşətli virusa yoluxanların sayı minə yaxınlaşır

Dəhşətli virusa yoluxanların sayı minə yaxınlaşır

Dünya

Bu gün, 12:07

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma ehtimalı olan şəxslərin sayı 900-ü ötüb.

Modern.az xəbər verir ki, bu barədə France24 telekanalı məlumat yayıb.

Bundan əvvəl ölkədə 700 ehtimal olunan yoluxma halının qeydə alındığı bildirilirdi. Rəsmi statistikaya əsasən isə ölüm sayı əvvəl açıqlanan 170 nəfərdən 119 nəfərə qədər azaldılıb.

Məlumata görə, xəstəliyin əsas yayılma ocağı İturi vilayəti olaraq qalır. Şimali Kivu və Cənubi Kivu vilayətlərində də ayrı-ayrı yoluxma halları qeydə alınıb.

Vəziyyəti çətinləşdirən əsas amillərdən biri həmin ərazilərin bir hissəsinin Konqo hökumətinin, digər hissəsinin isə silahlı qruplaşmaların nəzarətində olmasıdır.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası bildirib ki, Ebola epidemiyası onsuz da qeyri-sabitlik, əhalinin köçü və zəif səhiyyə sistemi ilə üzləşən icmalarda yayılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı