Modern.az

Oğuzda avtomobil çaya düşdü

Oğuzda avtomobil çaya düşdü

Aktual

17 İyul 2018, 18:59

Oğuzda minik avtomobili çaya düşüb, sürücü ağır xəsarət alıb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, bu gün saat 16:30 radələrində Oğuz rayonu Xalxal-Qışlaq kənd sakini, 1974-cü il təvəllüdlü Kamran Qurban oğlu Əzizovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuzun Muxas kəndi ərazisindən keçən hissəsində idarəetmənin itirməsi səbəbindən çayın üzərindəki körpüdən çaya düşüb.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamran Əzizov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

 


Ona döş qəfəsinin qapalı travması, qabırğaların sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı