Modern.az

Pandemiya evsizlik problemini daha da dərinləşib - BMT

Pandemiya evsizlik problemini daha da dərinləşib - BMT

Aktual

Bu gün, 13:48

Cənub-Şərqi Asiyada sürətli urbanizasiya uşaqlar və gənclər üçün ciddi problemlər yaradır. 

Modern.az xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən   "Evlərimiz, Gələcəyimiz: Uşaqlar və gənclər üçün yaşanıla biləcək şəhər mühitlərinin birgə dizaynı"  adlı panel sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.

O, iştirakçıları qlobal mənzil böhranını uşaqların və gənclərin gözü ilə görməyə çağırıb:

“Biz qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan uşaqların gündəlik çətinlikləri nümunə göstərə bilərik. Bəzi uşaqlar məktəbə getmək üçün uzaq məsafə qət etməli olur, çünki yaxınlıqda məktəb və ya nəqliyyat imkanı yoxdur. Məktəbdən qayıtdıqdan sonra isə təhlükəsiz və uyğun şərait olmadığı üçün ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik çəkirlər. Yaşayış yerlərinin yararsız olması səbəbindən yağış və ya elektrik kəsintisi kimi hallar onların təhsilinə birbaşa təsir edir”.

A.Rossbax pandemiya dövrünə də toxunaraq qeyd edib ki, rəqəmsal bərabərsizliyə görə bir çox uşağın distant təhsilə çıxışı olmayıb. 

“Küçələrdə yaşayan ailələrin sayının artıb, xüsusilə qadınlar və uşaqlar arasında evsizlik problemi  daha da dərinləşib.

Bundan əlavə, qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan uşaqlar tez-tez xəstələnsələr də, yaxınlıqda klinika və ya tibbi xidmət olmur. Bu isə onların həm sağlamlığına, həm də təhsil həyatına mənfi təsir göstərir”.

BMT rəsmisi gənclərin mənzil əlçatanlığı problemi də gündəmə gətirib:

“Yeni şəhərlərə təhsil və ya iş üçün gələn gənclər yüksək kirayə və mənzil qiymətləri səbəbindən nə işə, nə də universitet həyatına rahat başlaya bilirlər”.

UN-Habitat nümayəndəsi təşkilatın “Young Game Changers”, “Healthy Cities”, qadın nazirlər üçün hazırlanmış şəhərsalma planlama təlimatları, “Youth 2030”, “Cities for Children Global Alliance” və BMT-nin gənclərin inkişafı üzrə agentliklərarası şəbəkəsi kimi təşəbbüslər üzərində çalışdığını  da bildirib. Bununla belə, o vurğulayıb ki, mövcud təşəbbüslər kifayət deyil və problemin həlli üçün daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı